İtaliyada “Qarabağ”la matçı təhlil etsələr...

13 Mart 2018 19:54

"İlk oyunda Fereyra və Fredin vurduğu qollar işimizi çətinləşdirdi. İndi məqsəd vəziyyəti lehimizə çevirməkdir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Roma"nın idman direktoru Ramon Monçi deyib.

"Canavarlar" Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində Ukraynada 1:2 hesabı ilə məğlub olduğu "Şaxtyor"u bu gün öz meydanında qəbul edəcək. Oyunöncəsi fikirlərini bildirən Monçi qrup mərhələsindəki uğurlu çıxışın davamını arzuladıqlarını söyləyib: "Qrup mərhələsində "Çelsi", "Atletiko" və "Qarabağ"la Romada keçirdiyimiz oyunları təhlil etsək, xoşbəxtliyə əsasımızın olduğunu görərik. Ümid edirik ki, həftə sonuna daha müsbət ab-havada girəcəyik. "Şaxtyor"la görüşün nəticəsi güclü rəqiblərin yer aldığı qrupu birinci pillədə başa vurmağımıza dəyməlidi. Əlbəttə ki, ilk hədəfimiz 1/4 finala adlamaqdı".

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsində öz meydanında "Çelsi"ni 3:0, "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib, "Atletiko" ilə qolsuz bərabərə qalıb.

Milli.Az