Ronaldu sevgilisi ilə Alp dağlarında - FOTOLAR

13 Mart 2018 14:16

"Real"ın və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqezlə tətilə yollanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, cütlüyün seçimi qarlı Alp dağları olub. Helikopterlə hava səyahəti edən Ronaldu ilə Corcina sosial şəbəkədə romantik fotolarını paylaşıb. Kriştianu şəkillərdən birinə "Möhtəşəm gün" şərhini yazıb. 

Qeyd edək ki, Ronaldu ilə Rodriqezin bir ay əvvəl qızı dünyaya gəlib. 

Milli.Az