"Azərbaycan və Çin yeni əməkdaşlıq mərhələsinin astanasındadır"

13 Mart 2018 13:46

"Azərbaycan və Çin İpək Yolu marşrutu, həmçinin "Bir zolaq - bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın yeni mərhələsinin astanasındadır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransında deyib.

Səfir bildirib ki, Azərbaycan Çinlə Avropa ölkələrini birləşdirməklə və təkcə Qərblə Şərq arasında körpü olmaqla deyil, həm də bu beynəlxalq əhəmiyyətli layihələrdə bilavasitə iştirak etməklə beynəlxalq marşrutların inkişafında mühüm rol oynayır: "Çin Azərbaycana və İpək Yolunun bütün iştirakçı ölkələrinə əməkdaşlığa görə minnətdarlığını bildirir".

Diplomat qeyd edib ki, adıçəkilən layihələr Çinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri ilə iqtisadi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirəcək: "Çinin dəstəklədiyi marşrutlar ən azı 80 ölkəyə iqtisadi səmərə verəcək".

Milli.Az