Hindistanda avtobus qəzası - 11 ölü

13 Mart 2018 13:33

Hindistanın şimalındakı Uttarakhand ştatında avtobus dərəyə düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Hindistanda yol qəzalarında hər gün 400 nəfər, hər il 150 mindən çox adam həlak olur.

Milli.Az