Meza Kollinin durumuna aydınlıq gəldi

13 Mart 2018 18:54

Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"la qarşılaşacaq "Neftçi" hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" əzəli rəqibləri önünə itkisiz çıxacaq.

Dayaq yarımmüdafiəçisi Derlis Meza Kollinin durumu qeyri-müəyyən idi. Məşqdə zədələnən italiyalı futbolçunun ayağında sınıq olması ehtimalı məşqçilər korpusunu narahat edirdi. Lakin tibbi müayinə zədənin qorxulu vəziyyətdə olmadığını ortaya çıxarıb. Hətta Derlis "Qarabağ"la sabahkı qarşılaşmada iştirak etməyə də hazırdı.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq.

Milli.Az