“Neftçi” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

13 Mart 2018 13:06

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena"nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Milli.Az