Mərkəzi Dənizçilər Xəstəxanasının idarəetmə forması dəyişdiriləcək

13 Mart 2018 11:48

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Mərkəzi Dənizçilər Xəstəxanasının idarəetmə formasının dəyişdirilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda Azərbaycanda bir necə müəssisənin səhmdar cəmiyyətə çevrilməsi üçün işlər aparılır.

Mərkəzi Dənizçilər Xəstəxanasının, eləcə də "Azneftkimyamaş" ASC-nin "Səbail Maşınqayırma zavodu", "Bakı neft maşınqayırma zavodu", "Bakı fəhləsi maşınqayırma zavodu", "Suraxanı maşınqayırma zavodu", "Bakı fəhləsi maşınqayırma zavodu", "Suraxanı maşınqayırma zavodu" və "Bakı neftqazmədən avadanlıqları zavodu" törəmə müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi ilə əlaqədar artıq müvafiq sənədlərin hazırlanması işləri yekunlaşdırılıb. Eyni zamanda, əsas vəsaitlərin ilkin mərhələdə qiymətləndirilməsi başa çatdırılıb.

Milli.Az