PSJ-nin transfer siyahısında kimlər var?

13 Mart 2018 20:05

Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandıran PSJ heyətinə yeni futbolçular qatacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Paris klubunun yay transfer dönəmi ilə bağlı bəzi planları üzə çıxıb.

Fransızlar qapı xəttini gücləndirmək niyyətindədi. Bu mövqeyə 3 namizəd var: Tibo Kurtua (Çelsi), David De Gea (Mançester Yunayted) və Canluici Donnarumma (Milan). 

Müdafiə xəttinə "Yuventus"dan Aleks Sandronu transfer etmək istəyən rəhbərliyin yarımmüdafiəyə iki namizədi var. Belə ki, PSJ ya Nqolo Kanteni (Çelsi), ya da Fabinyonu (Monako) transfer edəcək.

Hücum xəttinə isə iki məhşur ulduzdan birinin transferi nəzərdə tutulur. PSJ ön xəttə "Bavariya"dan Robert Levandovski və "Tottenhem"dən Harri Keynin transferinə çalışacaq.

Qeyd edək ki, baş məşqçi Unay Emeri ilə yollarını ayıracağı deyilən PSJ-nin "Çelsi"dən Antonio Kontenin komandanın başına gətirəcəyi bildirilir.

Milli.Az