Cəmil Həsənli və Gültəkin Hacıbəyli Facebook-da izləyiciləri pulla alır? - VİDEO

13 Mart 2018 11:10

YouTube sosial şəbəkəsində özünü müxalifət liderləri adlandıran şəxsləri ifşa edən video material yayılıb. Söhbət Milli Şuranın sədri Cəmil Həsənli və "ictimai-siyasi xadim" Gültəkin Hacıbəylidən gedir.

Ötən bazar günü bu şəxslər Bakının "Məhsul" stadionunda azsaylı auditoriya qarşısında boğaz yırtardılar. Dünən isə hər ikisinin yalanları ifşa edilib.

Bu dəfə məsələ Facebook sosial şəbəkəsində saxta hesablarla bağlıdır. YouTube-da yayılmış video çarxda statistika əsasında əslində, radikalların "populyarlığı"nın necə formalaşdırıldığı göstərilir.

Məsələn, Cəmil Həsənlinin saxta səhifəsinindəki paylaşımın tarixi yanvarın 10-dur, amma necə olubsa, artıq yanvarın 7-də möcüzəvi şəkildə onun 100 min izləyicisi yaranıb. 

Eyni mənzərə Gültəkin Hacıbəylinin səhifəsində də müşahidə edilir. İlkin paylaşım zamanı hansısa yolla bu xanımın 85 mindən çox izləyicisi yaranıb.

Məmməd Hüseynov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Первые лица радикальной оппозиции обманывают избирателей -1