Premyer Liqa klubu baş məşqçisini qovdu

13 Mart 2018 10:50

"Sauthempton" klubu baş məşqçisiz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi Maurisio Pelleqrino ilə yolları ayırıb.

Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Pelleqrino uğursuz nəticələrə görə qovulub. 45 yaşlı mütəxəssislə birlikdə köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də komandadan göndərilib.

Qeyd edək ki, "Sauthempton" İngiltərə çempionatında hazırda 17-ci pillədə qərarlaşıb.

Milli.Az