"Sevilya" və "Roma" 1/4 finalda! - YENİLƏNİB - VİDEO - FOTO

14 Mart 2018 07:35

07:35

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Real", "Mançester Siti", "Liverpul" və "Yuventus"dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşib.

Günün ən diqqətçəkən matçında "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.

"Qarabağ"ın yer aldığı qrupu qalib kimi tamamlayan "Roma" ilk görüşdəki məğlubiyyətin əvəzini "Şaxtyor"dan çıxmağı bacarıb. Minimalhesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da "canavarlar" səfər qolu hesabına 1/4 finala çıxıblar.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

"Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, "Olimpiya" stadionu

İlk oyun - 1:2

"Roma": 1. Alison Bekker, 4. Radca Naynqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

"Şaxtyor": 30. Andrey Pyatov, 2. Boqdan Butko, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 18. İvan Ordets, 19. Fakunda Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, "Old Trafford" stadionu

İlk oyun - 0:0

"Mançester Yunayted": 1. David De Xea, 3. Erik Beyli, 12. Kris Smollinq, 18. Eşli Yanq, 31. Nemanya Matiç, 27. Maruan Fellaini, 14. Cesse Linqard, 19. Markus Reşford, 7. Aleksis Aleksis Sançez, 9. Romelu Lukaku, 25. Antonio Valensiya

"Sevilya": 1. Serxio Riko, 4. Simon Kyaer, 5. Klemen Lenlet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado

00:16

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

23:45. "Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) 0:0 (Birinci hissə)
İlk oyun - 1:2

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) 0:0 (Birinci hissə)
İlk oyun - 0:0

14 mart

21:00. "Beşiktaş" (Türkiyə) - "Bavariya" (Almaniya)
İlk oyun - 0:5

23:45. "Barselona" (İspaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 1:1

13.03.2018

23:46

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

23:45. "Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, "Olimpiya" stadionu

İlk oyun - 1:2

"Roma": 1. Alison Bekker, 4. Radca Naynqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

"Şaxtyor": 30. Andrey Pyatov, 2. Boqdan Butko, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 18. İvan Ordets, 19. Fakunda Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, "Old Trafford" stadionu

İlk oyun - 0:0

"Mançester Yunayted": 1. David De Xea, 3. Erik Beyli, 12. Kris Smollinq, 18. Eşli Yanq, 31. Nemanya Matiç, 27. Maruan Fellaini, 14. Cesse Linqard, 19. Markus Reşford, 7. Aleksis Aleksis Sançez, 9. Romelu Lukaku, 25. Antonio Valensiya

"Sevilya": 1. Serxio Riko, 4. Simon Kyaer, 5. Klemen Lenlet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado

08:10

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Real", "Mançester Siti", "Liverpul" və "Yuventus"dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşəcək.

Günün ən diqqətçəkən matçında "Mançester Yunayted" "Sevilya"nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. "Qırmızı şeytanlar" qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Çünki Deyli Blind, Fil Cons, Pol Poqba, Ander Errera, Antoni Marsial və Markos Roxo kimi futbolçular zədədən əziyyət çəkirlər. Baş məşqçi Joze Mourinyonun adıçəkilən oyunçuların xidmətindən məhrum qalması istisna edilmir.

"Sevilya"da heyətlə bağlı ciddi problem olmasa da, əndəlüs klubunun son vaxtlar əldə etdiyi nəticələr o qədər də ürəçakan deyil. Əvəzində "mankunianlar" yaxşı forma yığıblar və qələbə seriyasını doğma azarkeşləri önündə davam etdirmək niyyətindədilər.

"Qarabağ"ın yer aldığı qrupu qalib kimi tamamlayan "Roma" ilk görüşdəki məğlubiyyətin əvəzini "Şaxtyor"dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdı. İstənilən halda A seriyasının son turlarında "Napoli" və "Torino"nu məğlub edən "canavarlar" cütlüyün favoritidi. 1:0 hesablı qələbə də italyanlara bəs edir. Ancaq "Şaxtyor"un kifayət qədər avrokubok təcrübəsi olduğunu da unutmaq olmaz.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

23:45. "Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, "Olimpiya" stadionu

İlk oyun - 1:2

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, "Old Trafford" stadionu

İlk oyun - 0:0

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

РОМА - ШАХТЕР ДОНЕЦК ОБЗОР МАТЧА 13.03.2018