Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı

13 Mart 2018 08:13

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması ilə bağlı tətbiq olunan sanksiyaların müddətini bir il uzatdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, müddətin uzadılması Tehrandan İranın nüvə proqramı haqqında sazişin reallaşdırılmasından sonra götürülən sanksiyalara aid deyil.

Milli.Az