Yeni klipində gözəgörünməz oldu

12 Mart 2018 23:48

28 yaşlı müğənni Teylor Svift "Delicate" mahnısına klip çəkdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, mahnı ifaçının "Reputation" adlı 6-cı albomuna daxildir. Klipin süjetinə əsasən, Teylor təntənəli mərasimlərin birində qonaq olur.

Ona məktub verilir və bundan sonra Teylor gözəgörünməz olur. Bundan istifadə edən Svift istədiyi hər yerdə rəqs edir, əylənir. Klip "Youtube" kanlına yükləndikdən sonra 3 milyondan çox baxılıb. 

Milli.Az