Bakıda avtomobil yanıb

12 Mart 2018 23:36

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Nərimanov rayonunda "İran Khodro" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az