Türkiyə Almaniyaya etiraz notası göndərib

12 Mart 2018 23:18

Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

"Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq", deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.

Milli.Az