Bakının qərb çıxışı genişləndirilir - VİDEO

12 Mart 2018 23:30

Paytaxtın Yasamal rayonunda daha bir ünvanda söküntü işləri aparılacaq. Buna səbəb yolun genişləndirilməsidir. Milli.Az bildirir ki, söhbət paytaxtın Qərb çıxışı sayılan Əsəd Əhmədov küçəsindən gedir.

Hazırda ərazidəki bir çox obyektin qarşısındakı artırmalar sökülüb və burada səki salınacaq.

Yenidən qurma işləri çərçivəsində yolun kənarlarında yeni yaşıllıq sahələri salınacaq və ətraf abadalaşdırılacaq.

Yasamal rayonunun memarı Eyvaz Bağırovun sözlərinə görə, işlərin qısa zamanda yekunlaşdırılaması nəzərdə tutulur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının qərb çıxışı genişləndirilir