Bakının mərkəzində güclü külək ağacı yola aşırdı - VİDEO

12 Mart 2018 22:17

Səhər saatlarında Bakının mərkəzində güclü külək ağacı aşırıb. 

Milli.Az bildirir ki, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş verib. 

İri şərq çinarı küləyin gücünə tab gətirməyərək yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolda nəqliyyatın hərəkətində problemlər yaranıb. 

Təbiət hadisəsi zamanı küçədə hərəkət məhdudlaşdığından dərhal hadisə yerinə gələn Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları ağacı hissələrə bölərək yolun hərəkət hissəsindən çıxarıblar. 

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, bir neçə gündür küləkli və yağışlı hava səbəbindən paytaxt ərazisində bir neçə ağac aşıb. /xezerxeber.az

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.​ Bakının mərkəzində güclü külək ağacı yola aşırdı

Bakının mərkəzində güclü külək ağacı yola aşırdı - 1