"Fırtına-2" sınandı

12 Mart 2018 20:41

Türkiyədə "Fırtına-2" haubitsalarının sınağı uğurla nəticələnib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, sınaq işləri Türkiyənin şimal-qərbində, Sakarya vilayətində aparılıb.

"Fırtına-2" Türkiyə müdafiə sənayesinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu haubitsa hədəfi 40 km məsafəyədək məhv edə bilir.

Milli.Az