Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

12 Mart 2018 20:17

Bakı və Abşeron yarımadası ərazisindəki teleradiostansiyaların elektromaqnit şüalarının səviyyəsi normanı keçmir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı teleqülləsinin siqnalının bir sıra yaşayış məntəqələrində elektromaqnit sahəsinin gərginliyinin təhlilini həyata keçirir. Bildirilib ki, analoji işlər Azərbaycanın rayonlarında da aparılır.

Qeyd edək ki, ölçmə işləri rüblük olaraq aparılır. Əldə olunan məlumatlar əvvəlki göstəricilərlə müqayisə olunur və elektromaqnit gərginliyin artması müşahidə olunarsa DRİ mütəxəssisləri optimallaşdırma işlərini həyata keçirir.

Milli.Az