Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

12 Mart 2018 19:48

Monteneqro parlamentinin sədri İvan Brayoviç bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az