Məşhur rus aktyor vəfat etdi

12 Mart 2018 17:37

Rusiyanın ən məşhur aktyorlarından biri, SSRİ xalq artisti Oleq Tabakov 82 yaşında vəfat edib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, O.Tabakov aylardan bəri xəstəxanada idi. Ötən ilin dekabrın sonunda o, daxili orqanlarına düşən yükü azaltmaq üçün süni koma vəziyyətinə salınmışdı.

Aktyor bir müddət sonra özünə gəlsə də, kimsəni tanımırdı.

Yanvar ayında o, ağciyərin süni tənəffüsü aparatına qoşulmuşdu.

Oleq Tabakov ötən ilin noyabr ayından bəri Moskvadakı Piroqov adına Şəhər Kliniki Xəstəxanasında müalicə olunurdu.

Milli.Az