"Qızıl Qurd"dan 54 yarış, 54 qələbə

12 Mart 2018 17:50

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu "Qızıl Qurd" ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində keçirilən peşəkar kikboksinq yarışında qələbə qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə goal.az-a Kikboksinq Federasiyasından veriblər.Yarış kikboksinqin k-1 versiyasında keçirilib. İdmançımızın rəqibi Niderlandda yaşayan Mərakeş əsilli Mounir Hammoudidir. İdmançımız Mounir Hammoudini məğlub edərək,qələbəsini təmin edib.Bəhram Rəcəbzadə peşəkar kikboksçudur. Keçən il WAKO-nun dünya çempionatında dünya çempionu titulunu qazanıb. Bəhram Rəcəbzadə bu qədər 54 peşəkar yarış keçirərək,54-dən də parlaq qələbə qazanıb. İdmançı məşqlərini respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Çingiz Eyvazovun yanında davam etdirir.

Milli.Az