Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - Göyərtədə 71 nəfər olub - YENİLƏNİB - VİDEO - FOTO

12 Mart 2018 15:18

15:18

Nepalın paytaxtı Katmanduda qəzaya uğrayan Banqladeş Hava Yolu şirkətinə məxsus təyyarənin göyərtəsində 3 ekipaj üzvü 68 sərnişin olub.

Milli.Az-ın məlumatına görə, Nepal polisi, ən azı 38 sərnişinin öldüyünü, 23-nün yaralandığını, 10 nəfərdən isə heç bir məlumat olmadığı xəbərini verib.

----------
13:52

Milli.Az "Kathmandu Post"-a istinadən xəbər verir ki, qəzaya uğrayan Banqladeşə məxsus US-Bangla Hava Yolu şirkətinə aid təyyarənin göyərtəsində təxminən 80 sərnişin olub. 17 nəfərin xilas edilərək, təcili yardım maşınları ilə xəstəxanaya aparıldıqları deyilir.

---------
13:26

Daha bir təyyarə qəzaya uğrayıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Nepalın paytaxtı Katmanduda Banqladeş Hava Yolu şirkətinə aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

Hələlik həlak olanlarla bağlı məlumat yoxdur.

Qəzaya uğrayan təyyarənin S2-AGU tipli "Bombardier Dash 8 Q400" model olduğu bildirilir.

eyd edək ki, ötən gün BƏƏ-dən Türkiyəyə uçan özəl təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Первое видео с места крушения самолета в Катманду

Daha bir sərnişin təyyarəsi qəzaya uğradı