Radikal müxalifətçi olmağın 10 qaydası… (əlavə 3)

12 Mart 2018 13:17

Bu günlərdə ölkə mətbuatında əsl müxalifətçi olmağın qaydaları çap edilmişdi. Bu qaydaların hər gün 2-sini biz də çap edirik ki, görəsiniz bunlar nə hoqqalardan çıxırlar... Beləliklə, radikal müxalifətçi olmaq üçün əsas tələblər:

1. Hətta ən mənasız bir məmur belə, nə axmaq iş görsə, o dəqiqə "rejim"in ayağına yaz! Tutaq ki, kənd məktəbində bir müəllim süpürgə pulu istəyib. Dərhal soruş ki, "Bəs hakimiyyət hara baxır?" Amma müxalifətçilərin qohumları, yaxınları nəyisə mənimsəyəndə bəyan elə ki, bu, əslində, onların halal haqqıdır, sadəcə, vaxtilə rejim əllərindən alıbmış. İndi bunlar Robin Qud kimi, hakimiyyətin vaxtilə xalqdan oğurladıqlarını xalqın bir təmsilçisinə - yəni özlərinə qaytarırlar.

2. Həmişə hər yerdə xalqın acından öldüyünü de. Sübut üçün zibil yeşiyində nəsə axtaran bir bomjun şəklini tap və hər həftə bir radikal səhifədə paylaş. Əgər kimsə səndən soruşsa ki, xalq acından ölürsə, niyə şəhərdə maşın əlindən tərpənmək olmur, niyə əyləncə mərkəzlərində, restoranlarda həmişə basabasdır, iddia et ki, onların hamısı məmur qohumlarıdır! Əgər tutuzdurmasa, onda de ki, Azərbaycanda ancaq varlılar və kasıblar var, orta təbəqə yoxdur. Bu fikir nisbətən daha ağıllı göründüyü üçün tutuzdurmalıdır.

Saflig.com