Bakıda bəzi yollarda hərəkət sürəti dəyişdirildi - FOTO

12 Mart 2018 12:59

Yağışlı hava ilə əlaqədar Bakıda bəzi yollarda hərəkət sürəti endirilib.

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq!"

Yusif Nəsirli
Milli.Az