Bakıda məmur və xanımına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu

12 Mart 2018 13:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və A.Məhərrəmov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb. Hər iki şəxs iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb, Türkiyəyə qaçıb. Onların barəsində cinayət işi başlanılıb və A.Məhərrəmov həbs edilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

A.Məhərrəmiva Cimayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, R.Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Milli.Az