Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturu təqdim olundu

12 Mart 2018 13:19

Martın 12-də Brüsseldə Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturu təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Aİ ölkələrinin yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

Azərbaycanı tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

"Şərq Tərəfdaşlığı" ölkələri və Aİ dövlətləri arasında yeni institusional tərəfdaşlıq strukturu ilk növbədə bu ölkələrin vətəndaşları üçün real faydalar gətirəcək islahatların səmərəli şəkildə aparılmasına istiqamətlənib.

Xatırladaq ki, yeni struktur ötən ilin noyabrında "Şərq Tərəfdaşlığı" sammitində qəbul edilib.

Milli.Az