“Xanım həmkarlarım evimə gəlib-gedirlər” - Elçindən sərt AÇIQLAMA - VİDEO - FOTO

12 Mart 2018 12:47

Xanım müğənnilər gecə 1-də, 2-də evə gəlirlər.

Milli.Az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Elçin Hüseyinov olub.

Müğənni oğluna nə üçün müğənni qız almaq istəmədiyinə aydınlıq gətirib:

"Bunun açıqlamasını bir neçə yerdə vermək istəyirdim, amma üstünə getmək də istəmirdim. Bir neçə bəzi xanım həmkarlarımızın bəziləri başlarından böyük danışdılar. Kimsə qalmaqal yaratmaq istəyəndə, mən 20-25 il ərzində heç vaxt cavablandırmamışam.

İlk dəfədir ki, aqressiv danışıram. Hər bir ailədə bir xarakter var. Bizim ailə çox qapalı ailədir. Xanım müğənni də iş adamıdır. Mənim çox xanım müğənni dostlarım var ki, evimə gəlib-gedirlər. Mən onu ona görə demişəm ki, elə xanım müğənni var ki, gecə saat 1-də, 2-də, 3-də gəlir. Mən bunu bütün xanımlara aid etmirəm. Bizim ailədə, yəni, yoxdur elə xanımlar, sadəcə olaraq, evdar xanımlara yer var".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Xanım həmkarlarım evimə gəlib-gedirlər" - Elçindən sərt AÇIQLAMA