“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək - FOTO

12 Mart 2018 15:31

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" istedadlı qadınların əl işlərindən ibarət "İncəsənət, sənətkarlıq və sahibkarlıq" sərgisinin təşkilinə dəstək göstərib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, "Pullman Bakı" mehmanxanasının baş sponsorluğu və "Bakcell" şirkətinin sponsorluğu ilə "8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə istedadlı qadınların əl işlərindən ibarət "İncəsənət, sənətkarlıq və sahibkarlıq" sərgisi təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. satışı da həyata keçirilib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların; Fransanın Azərbaycandakı Səfirliyinin və digər səfirliklərin nümayəndələri və "Bakcell"şirkətinin əməkdaşları  sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.

"Bakcell" şirkəti tədbirin sponsoru olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla ölkədə qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına öz dəstəyini əsirgəmir.

Milli.Az