“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq - MTRŞ

12 Mart 2018 12:34

"Real" TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

"Real" TV-nin "Azerspace"də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Xatırladaq ki, MTRŞ-ın martın 5-də keçirilən iclasının qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı "Real" TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Milli.Az