"Real"ın prezidenti Neymarın atası ilə görüşdü

12 Mart 2018 19:57

Neymar PSJ-yə gələndən onun Madrid "Real"ına keçəcəyi məsələsi gündəmdən düşmür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda vətənində müalicə alan braziliyalının atası ilə Fioretina Perez arasında görüş keşirilib. İspaniya mətbuatı tərəflərin Parisdə bir araya gəldiyini yazıb. 

Neymar Fransa paytaxtında xoşbəxt olmadığını dilə gətirməsə də, davranışlarından bu hiss olunur. Son olaraq zədə səbəbindən "Real"la oyunu buraxması da klubdaxili gərginliyə səbəb olmuşdu. Ulduz futbolçunun atası ilə klub rəhbərliyi arasında əməliyyat söhbətinə görə mübahisə yaşanmışdı. 

Milli.Az