Meşə yanğınlarında 9 turist yanaraq öldü

12 Mart 2018 12:15

Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda başlayan meşə yanğınları geniş miqyas alıb.

Milli.Az Trend-ə istinadən xəbır verir ki, meşə yanğınları tələfatsız ötüşməyib.

Belə ki, yanğınlar nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Həlak olanların hamısının turist olduğu bildirilir. Həlak olanların arasında 4 qadın və 1 uşaq da olub.

Həlak olanların vətəndaşlığı barədə məlumat verilməyib.

Milli.Az