Afrində 3400-ə yaxın terrorçu zərərsizləşdirilib - FOTO

12 Mart 2018 12:06

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Türkiyə Silahlı Qüvvələrinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3347 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az