“Qarabağ” “Neftçi” ilə oyuna ciddi itki ilə çıxacaq

12 Mart 2018 20:38

Topaz Premyer Liqanın 20-ci turunda "Netçi"nin qonağı olacaq "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun aparıcı oyunçusu Miçel Madera cəzalı duruma düşüb.

Son turda "Zirə" ilə görüşdə cəzalanan ispaniyalı yarımmüdafiəçi sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı martın 14-də keçiriləcək.

Milli.Az