Qəzaya uğrayan təyyarəyə Ajda Pekkan da minib - VİDEO - FOTO

12 Mart 2018 11:25

"Başaran Holding"ə aid özəl təyyarənin qəzaya uğraması nəticəsində məşhur iş adamının qızı Mina Başaran, 7 rəfiqəsi və 3 ekipaj üzvü həlak olub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qəzaya uğrayan bu təyyarəyə Ajda Pekkanın 2013-cü ilin 1 sentyabr tarixində mindiyi üzə çıxıb.

Qeyd edək ki, gələn ay toyu nəzərdə tutulan Mina Başaran Dubaydan subaylığa vida partisindən qayıdarkən rəfiqələri ilə İranda qəzaya düşüblər.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəzaya uğrayan təyyarəyə Ajda Pekkan da minib