14:46
İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsi ilə bağlı axtarış-xilasetmə tədbirləri yekunlaşıb. Sonuncu cəsəd də tapılıb.
Milli.Az bildirir ki, iranlı səlahiyyətlilər 11 cəsədin də ərazidən helikopterlə çıxarıldığı xəbərini veriblər.
-----------
10:17
Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin qara qutusu tapılıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, təyyarə qəzasında ölən 1 nəfərin cəsədi hələ də tapılmayıb.
8 cəsədin kimliyi müəyyən edilsə də, 2 cəsədin yanıq və parçalanma səbəbindən hələ kimə məxsus olduğu məlum deyil.
Qeyd edək ki, BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. "Başaran Holding"in sahibi Hüseyin Başaranın qızı Mina Başaran rəfiqələri ilə subaylığa vida partisindən qayıdırmış. Gələn ay toyu olacaqdı.
Təhməz Təkin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: