Qəzada ölən biznesmen qızının gələn ay toyu olacaqdı - VİDEO - FOTO

12 Mart 2018 09:52

Subaylığa vida partisi üçün getmişdi, həyata birdəfəlik vida etdi.  

Mina Başaran BƏƏ-dən qayıdarkən faciəvi şəkildə ölüb. O, min nəfərin qatılacağı toyuna hazırlaşırdı.

Milli.Az Haberler-ə istinadən xatırladır ki, Mina Başaran və 7 rəfiqəsini İstanbula gətirən özəl "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb.

"Başran Holding"in sahibi Hüseyin Başaranın qızı Mina Başaran "Metgraf Matbaacılık"ın sahibi Murat Gezerlə önümüzdəki günlərdə ailə həyatı quracaqmış.

Mina Başaran bir il öncə eşq yaşamağa başladığı şəxslə 2 noyabrda nişanlanıb, evlilik yolunda ilk addım atmışdı. Cütlüyün toyu 28 martda Ritz Carltonda nəzərdə tutulmuşdu.

Qeyd edək ki, xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

Təhməz Təkin
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Təyyarə qəzasında ölən biznesmen qızının gələn ay toyu olacaqdı -1

Təyyarə qəzasında ölən biznesmen qızının gələn ay toyu olacaqdı