Futbol ulduzu fanatın üzünə tüpürdü - VİDEO - FOTO

12 Mart 2018 11:16

Britaniyanın məşhur futbolçularından biri, 17 il "Liverpul"un müdafiəçisi olmuş Ceymi Karraqer qeyri-adekvat qalmaqal yaradıb.

Milli.Az Daily Mirror-a istinadən bildirir ki, hazırda Sky Sports telekanalında idman şərhçisi işləyən 40 yaşlı sabiq irland futbolçu "Mançester Yunayted" klubunun fanatına və onun 14 yaşlı qızına tüpürüb.

Olay ötən həftənin şənbə günü İngiltərə premyera-liqasında oynanmış "Mançester Yunayted"-"Liverpul" matçından sonra baş verib. "Old Trafford" arenasındakı qarşılaşmada meydan sahibləri "mersisaydlılar"ı 2:1 hesabla məğlub ediblər.

"Liverpul" bu məğlubiyyətdən sonra premyer-liqada 2-ci yeri tutmaq şansını itirib.

Stadiondan evə qayıdarkən fanatlardan biri yolun qonşu zolağı ilə hərəkət edən avtomobilin C.Karraqeri sükan arxasında görüb. Azarkeş Ceymini çağırıb və matçın sonucunu söyləyib.

Fanat hesabı bir neçə dəfə təkrarlayandan sonra Karraqer sinirlənib. O, fanata və onun 14 yaşlı qızına tüpürüb.

Dünən axşam Karraqer həmin kişiyə və onun qızına zəng vuraraq üzr istəyib.

Sky Sports isə belə davranışı yolverilməz adlandıraraq "bununla bağlı Ceymi Karraqerlə müvafiq söhbət aparılacağını" bəyan edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Futbol ulduzu fanatın üzünə tüpürdü