Neft bahalaşıb

12 Mart 2018 09:08

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 0,04 dollar və ya 0,06% artaraq 62,08 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% artaraq 65,53 dollar təşkil edib.

Milli.Az