"Studiyaya girməkdən qorxuram" - əməkdar artistdən etiraf

11 Mart 2018 22:12

Əməkdar artist Yusif Mustafayev özü ilə bağlı maraqlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişində qorxduğu üç şeyi açıqlayıb:

"Bir göydəki təyyarədən qorxuram. İkinci, ilandan çox qorxuram. Bir də studiyaya girib mahnı yazdırmaqdan qorxuram. Studiyanın adı gələndə ürəyim partlayır. Bu dəqiqə on mahnım var girib oxuya bilmirəm. Studiya qaranlıq olur, həyəcanlı oluram. Qaranlıqdan xoşum gəlmir".

Milli.Az