Qadını motosiklet vurub

11 Mart 2018 22:08

İmişllidə qadını motosiklet vurub. Milli.Az APA-ya istinadən bildirir ki, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Şamil qızı rayon mərkəzində yolu keçərkən motosiklet onu vurub. Qadın müxtəlif xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Fakt İmişli rayon Polis  Şöbəsi tərəfindən araşdırılır.

Milli.Az