Azərbaycanda maşın aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

11 Mart 2018 21:50

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb. Milli.Az APA-ya istinadən bildirir ki, qəza Quba-Püstəqasım kəndi ərazisində baş verib. Maşının əyləci sistemində yaranan problem nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1973-cü il təvəllüdlü Telman Bürcəliyev, onun həyat yoldaşı Rəsmiyyə və oğlu 1996-cı il təvəllüdlü Elvindir. Telman və Elvin Orucəliyevlərin müalicəsi Quba Məkəzi Rayon Xəstəxanasında davam etdirilir.  R.Orucəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az