Bakıda minik maşını dərəyə düşüb, xəsarət alan var

11 Mart 2018 21:45

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "NAZ" markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az