Müxalifətin daha bir uğursuzluğu: "Mitinqə gəlin" deyənlər evlərinə məyus şəkildə qayıtdı - VİDEO

11 Mart 2018 21:30

Müxalifətin dünən daha bir qohum-əqrəba mitinqi uğursuzluqla bitdi. Milli.Az bildirir ki, mitinqə gəlin deyib çoxsaylı çağırışlar edənlər, evlərinə məyus halda qayıtdı. Bu mitinq həmdə Azərbaycanda prezident seçkiləri ərəfəsində siyasi abu-havanı, xalqın kimin yanında olduğunu əyanı şəkildə göstərdi.

Müxalifətin radikal qanadı olan AXCP, Milli Şura və Müsavat partiyaları 10 mart mitinqini ümumxalq adı ilə trajlayırdı. Amma qohum əqrəba mitinqindən o tərəfə keçmədi.

Sosial şəbəkələrdə hazırlıqlar da nəticə vermədi. Müxtəlif adlar altında mintinqə gəlmək çağırışları edilir, istifadəçilər tez tez müxalifət nümayəndələrinin çıxışının olduğu sponsorlu videolarla qarşılaşırdı.

Xaricdəki həmvətənlərimiz də bu oyunlara alət edildi. Yalan dolu videolar hazırlanaraq ölkədəki durumun bərbad vəziyyədə olduğu iddia edildi. Bunlardan bir nümunəni sizə təqdim edirik. Göstərilən bu sürücüyə 15 min 300 manat cərimə yazıldığı deyilərək böyük hay küy qaldırıldı. Trolların yazıları ilə vəziyyət daha da şişiridilməyə çalışıldı. Məsələnin mahiyyətini araşdıranda isə məlum oldu ki həqiqət belə deyil. Bu sürücünün cəriməsi 15 min yox, 1570 manatdır özüdə 128 dəfə radara düşüb. Və bunun kimi daha bir neçə ictimayyəti yanıldan feyk informasiyalar sosial şəbəkələr vasitəsi ilə trajlandı. Amma alınmadı.

Mitinq həmdə Azərbaycanda prezident seçkiləri ərəfəsində siyasi ab- havanı gün üzünə çıxardı. Çoxsaylı tərəfdarlarının olduğunu iddia edənlər bunu meydanlarda görə bilmədi. Xalqın, kimin yanında olduğu bir daha bilindi. Mitinqə gəlin deyənlər evlərinə məyus halda qayıtmalı oldu.

Mitinqə qatılan Əli Kərimli haqdan ədalətdən danışır. Amma oğlu Türkel Kərimli bir neçə ildir ki, Londondadır, güya orada oxuyur. Yayılan bu şəkillər isə onun orda oxuduğunu yoxsa hansı işlərlə məşğul olduğunu ortaya qoyur.

Pafoslu çıxışları ilə yadda qalan Gültəkin Hacıbəylinin mal varlığının gün üzünə çıxması da bir çoxları üçün şok effekti yaratdı. Hər bir çıxışında ədalətdən, demoktyariyadan, korrupsiyadan danışan keçmiş deputat Gültəkin Hacıbəyli sən demə sərvətinə sərvət qatıb. Milyonçu bir qadın sadə vətəndaşların dostu necə ola bilər axı?

Mitinq vaxtı xarici dairələrdən maliyələşən, konkret cinayət əməlinə görə həbs edilən şəxslərin portretlərinin qaldırılması da birmənalı qarşılanmadı. Ucuz şou ilə həmdə müəyyən ölkələrə mesaj verilirdi ki, biz sizin ələ aldığınız adamların yanındayıq. Dövlətə qarşı atılan addımlar heç bir şəkildə müdafiə olunmamalıdır. Müxəlifət bu inadından əl çəkməməklə onsuzda seyrək olan sıralarının sayını daha da azaldır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Müxalifətin daha bir uğursuzluğu: