Qaxa noxud iriliyində dolu yağdı - VİDEO

11 Mart 2018 21:10

Ötən gün axşam saatlarında Qax və Şəki rayonlarına dolu yağıb.

Milli.Az bildirir ki, yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.

Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.

Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qaxa noxud iriliyində dolu yağdı