Tehranda qəzaya uğrayan Tükiyə təyyarəsində iş adamının qızı və rəfiqələri olub - YENİLƏNİB - FOTO - TƏFƏRRÜAT

12 Mart 2018 00:46

12.03.2018

00:46

Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

----------------

11.03.2018

21:25

Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.

----------

20:30

İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

--------

20:12

İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İSNA agentliyi İran Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadla məlumart yayıb.

Daha öncə təyyarənin şəxsi olduğu bildirilib.

Məlumata əsasən, hava gəmisi Şərca - İstanbul marşrutu ilə hərəkət edirmiş. Qəza Çıxarməhəl və Bəxtiyariyyə əyalətində baş verib. Yerə çırpıldıqdan sonra təyyarənin alışdığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Milli.Az