3 ton ot bağlaması yanıb

11 Mart 2018 19:44

Tərtər rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xoruzlu kəndində həyətyanı sahədə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Milli.Az