Rusiyanın Suriyadakı aviabazasına HÜCÜM OLUB

11 Mart 2018 19:15

Rusiyanın Suriyanın Latakiya vilayətində yerləşən Xmeymim aviabazasına növbəti dəfə hücum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hücum zamanı bomba yüklü pilotsuz uçuş aparatından istifadə edilib. Xmeymim aviabazasındakı hava hücumundan müdafiə sistemi aparatı bazaya çatmamış məhv edib.

Qeyd edək ki, bundan əvvəl Xmeymim aviabazasına 10 pilotsuz uçuş aparat vasitəsilə hücum təşkil edilib.

Milli.Az