ABŞ-dan hücum anonsu: Əsəd bunu etsə...

11 Mart 2018 18:57

Əgər Bəşər Əsəd Suriyada bir də kimyəvi silahdan istifadə etsə, çox ağılsız qərar vermiş olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

Onun bu sözlərinin ABŞ-ın Əsəd rejiminə qarşı yeni bir hücum həyata keçirəcəyinə işarə olduğu bildirilib.

Qeyd edək ki, ABŞ ötən ilin aprelində Suriya Hərbi Hava Qüvvələrinə aid Şayrat aviabazasını bombardman etmişdi. ABŞ Prezidenti Suriyaya endirilən zərbələrin hökumətin İdlibdə təşkil etdiyi kimyəvi hücuma cavab olduğunu bildirmişdi.

Milli.Az