"Manchester City" Qvardiolanı ən ödənişli məşqçi edə bilər

11 Mart 2018 17:58

"Manchester City" baş məşqçi Xosep Qvardiola yeni müqavilə imzalamaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yeni anlaşmada 47 yaşlı mütəxəsisn məvacibi illik 20 milyon funta yüksəldilə bilər. Bununla da, Qvardiola dünyanın ən ödənişli baş məşqçisi olmaq imkanı qazanacaq. Onun cari müqaviləsi 2020-ci ildə başa çatır. Klub bossları gənc mütəxəsislə sözləşməni ən azı 2 il müddətinə artırmaq istəyir.

Qvardiola artıq Solfordda 2.7 milyon funt dəyərində dəbdəbəli malikanə alıb. Bu yay onun katalon mətbəxi üzrə ixtisaslaşan restoranı fəaliyyətə başlayacaq. Güman edilir ki, bu amillər onun Mançesterdə uzun müddət qalmaq niyyətindən xəbər verir.

Milli.Az